Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd olunub

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd olunub
# 23 sentyabr 2013 17:06 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Bakıda Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib. APA-nın məlumatına görə, qəbulda ictimaiyyət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən Səudiyyə Ərəbistanı səfiri Müsaid bin İbrahim əs-Süleym krallığın yaranmasından və onun 81 il ərzində keçdiyi yoldan danışıb. Ölkələr arasında əlaqələrdən danışan səfir bildirib ki, bu dost əlaqələri ildən-ilə daha da inkişaf edir, möhkəmlənir, hər iki ölkəyə sərmayələr yatırılır.

Ardınca çıxış edən Azərbaycan gənclər və idman naziri Azad Rəhimov prezident İlham Əliyev və Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistan səfiri və onun simasında Səudiyyə Ərəbistanı xalqını ölkənin Milli Günü münasibətilə təbrik edib. Nazir çıxışında qarşılıqlı səfərləri xatırladıb, ölkələr arasında imzalanan sazişlərin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR