Suriyada türkiyəli jurnalist girov götürülüb

Suriyada türkiyəli  jurnalist girov götürülüb
# 17 dekabr 2013 23:38 (UTC +04:00)

Bakı-APA. Suriyada türkiyəli jurnalist Benyamin Aygün islamçı silahlılar tərəfindən girov götürülüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, o Suriyada Türkiyə qəzetlərindən birinin fotomüxbiri kimi çalışıb.

Məlumata görə, Benyamin Aygün Suriyadakı radikal islamçı qruplaşmalarından birinin döyüşçüləri tərəfindən girov götürülüb.

Türkiyə diplomatları jurnalistin azadlığa buraxılması üçün pulun məbləğini silahlılarla razılaşdırmağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR