Dmitri Medvedev: "Məmurlar hərdən ağıllarını işə salmalıdırlar"

Dmitri Medvedev: "Məmurlar hərdən ağıllarını işə salmalıdırlar"
# 16 may 2014 14:12 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev öz "Facebook" səhifəsində yazıb.

"Amma bu sahənin inkişafına məsul olan məmurlar hərdən ağıllarını işə salmalıdırlar, sosial şəbəkələrin bağlanacağı haqda açıqlamalar verməməlidirlər", - deyə D.Medvedev Rusiyanın rabitə və informasiya texnologiyalarına nəzarət üzrə Federal Xidməti rəhbərinin müavini Maksim Ksenzovun “Twitter” sosial şəbəkəsinin bağlanacağı ehtimalı ilə bağlı fikrini şərh edərkən bildirib.

Qeyd edək ki, M.Ksenzov bildirib ki, buna əsas səbəb “Twitter” rəhbərliyinin rusiyalı məmurların tələblərini yerinə yetirməkdən və istifadəçilərin qanunsuz yazılarını silməkdən imtina etməsidir.

M.Ksenzovun sözlərinə görə, “Twitter” Rusiya vətəndaşları üçün ciddi sosial təhlükə mənbəyidir.

O həmçinin qeyd edib ki, avqustun 1-dən Rusiyada yeni qanun qüvvəyə minəcək. Həmin qanuna əsasən, sutka ərzində baxış sayı 3 mindən çox olan materialların müəllifləri (bloggerlər) dövlət qeydiyyatından keçməli olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR