Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək
# 05 dekabr 2013 14:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn həftə Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, dekabrın 10-da Səudiyyə Ərəbistanı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu baş tutacaq.

Forumda Azərbaycan və Səudiyyə Ərəbistanının dövlət strukturlarının nümayəndələri, 50-dək iri şirkətin rəhbərləri iştirak edəcəklər.

Forumda şirkətini təmsil etmək istəyən Azərbaycan şirkətləri Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR