BDU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

BDU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
# 12 dekabr 2013 10:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakı Dövlət Universitetində Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri iştirak edib. Tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov H.Əliyevin Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.

A.Məhərrəmov H.Əliyevin təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən quruculuq proqramından danışıb: "Hər adam o zirvəyə qalxa bilməz. Azərbaycan indiki kimi heç vaxt şanslı olmayıb. Bu şansdan biz düzgün istifadə edib, ölkəmizi inkişaf etdirməliyik".

Daha sonra Milli Məclis sədrinin birinci müavini, universitetin kafedra müdiri Ziyafət Əsgərov Heydər Əliyev barədə xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Mərkəzi Seçki Komissiyasının sədri, BDU-nun kafedra müdiri Məzahir Pənahov isə çıxışında Heydər Əliyevlə görüşlərindən danışıb: "Xarici ölkələrdə Heydər Əliyevin siyasi lider kimi böyüklüyünü dəfələrlə hiss eləmişəm. Hazırda da beynəlxalq qurumların nümayəndələri ilə görüşdə onlar Heydər Əliyevin Azərbaycandakı fəaliyyəti ilə bağlı xoş fikirlər səsləndirirlər".

Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli də Heydər Əliyevin vaxtilə sədrlik etdiyi tədbirlərlə bağlı xatirələrini danışıb.

Tədbirin sonunda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR