«Bank of Baku» neft sənayesinin işçiləri üçün endirimli kreditlər təklif edir

«Bank of Baku» neft sənayesinin işçiləri üçün endirimli kreditlər təklif edir
# 16 sentyabr 2013 14:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan neftçilərinin peşə bayramı ilə əlaqədar «Bank of Baku» ASC neft sənayesində çalışan şəxslər üçün güzəştli kreditlər ayırmağa başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 16-21-də Azərbaycanın neft sənayesinin işçiləri üçün nağd pul kreditlərinin illik faiz dərəcəsində 3%-lik endirim ediləcək.

Kreditin maksimal məbləği 10 min manat təşkil edir. Güzəştli kreditin müddəti 30 aydır.

Kredit rəsmiləşdirmək istəyən neftçilər «Bank of Baku»nun istənilən filialına müraciət edə bilər və yaxud onlayn ərizəni doldurub (www.bankofbaku.com/az/online-banking/credit-online.html) banka göndərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR