Bakı-Qazax yolunda ağır qəza baş verib - YENİLƏNİB - FOTO - VİDEO

Bakı-Qazax yolunda ağır qəza baş verib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 mart 2014 15:33 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Bu gün Bakı-Qazax avtomagistralının 218-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndi ərazisində zəncirvarı yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Bakı şəhər sakini Adil Muradovun idarə etdiyi 90-BD-634 dövlət nömrə nişanlı «Mercedes» markalı minik avtomobili, Tahir Əliyevin idarə etdiyi 99-EF-293 dövlət nömrə nişanlı eyni markalı maşın və benzin daşıyan avtomaşının iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilindən FHN-in xilasediciləri meyiti xüsusi alətlərin köməyi ilə çıxarıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar 99-EF-293 dövlət nömrə nişanlı «Mercedes»in sürücüsi Tahir Əliyev, həmçinin Bakı şəhər sakinləri 41 yaşlı Məharət Məmmədova, 50 yaşlı Lətafət Əliyeva, 18 yaşlı Orxan Qocayev, 62 yaşlı Rəqiyyə Muradovadır. Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır, digər üç nəfərin isə orta ağır kimi qiymətləndirir. Hadisə yerində ölənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib, onun T.Əliyevin idarə etdiyi avtomobildə olduğu bildirilir.

Qeyd edək ki, qəza zamanı benzin daşıyan avtomaşın aşıb, yolun hərəkət hissəsinə yanacaq dağılıb. Dərhal hadisə yerinə FHN Ucar, Göyçay, Kürdəmir rayonunun yanğından mühafizə hissəsinin 3 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub, benzinin dağıldığı əraziyə köpük vurulub.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR