Nazir Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edəcək

Nazir Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edəcək
# 25 sentyabr 2013 08:17 (UTC +04:00)

Bakı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edəcək. APA-nın məlumatına görə, oktyabrın 4-də Sumqayıtın Tarixi muzeyində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR