ABŞ hökumətinin fəaliyyətini qismən dayandırması ABŞ-ın Azərbaycandakı missiyasına təsir etməyib - VİDEO

 ABŞ hökumətinin fəaliyyətini qismən dayandırması ABŞ-ın Azərbaycandakı missiyasına təsir etməyib - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2013 10:50 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılmasının ABŞ-ın Azərbaycandakı missiyasına təsiri ilə bağlı bəyanat yayıb. APA-nın səfirliyin saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: “Hökumət vəsaitlərinin ayrılmasının dayandırılması o deməkdir ki, ABŞ hökumətinin bir sıra fəaliyyəti dayandırılır. ABŞ-ın Azərbaycandakı missiyası tam heyətlə işinə davam edir.

Hüquqi məhdudiyyətlər çərçivəsində missiya ABŞ vətəndaşlarının müdafiəsi, milli təhlükəsizliyin təminatı və ticarət və iqtisadi maraqların irəli çəkilməsi ilə bağlı fəaliyyətlərini davam etdirəcək.

Bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqca, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb.

Pasportların yenilənməsi və ABŞ vətəndaşları üçün digər xidmətlər normal qaydada davam etdirilir. Viza üçün müraciət edən şəxslər üçün xidmətlər də normal qaydada davam etdirilir”.

Qeyd edək ki, ABŞ-da federal dövlət qurumlarının maliyyələşməsi oktyabrın 2-dən dayandırılıb. Buna konqresmenlərinin oktyabrın 1-də başlayan yeni maliyyə ilinə qədər büdcə qanunu ilə bağlı razılığa gələ bilməmələri səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR