Fransa XİN: "Rusiyanın Suriya ilə bağlı təklifi diqqətlə araşdırılmalıdır"

Fransa XİN: "Rusiyanın Suriya ilə bağlı təklifi diqqətlə araşdırılmalıdır"
# 09 sentyabr 2013 22:06 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Suriyadakı kimyəvi silahın beynəlxalq nəzarətə götürülməsi təklifi diqqətlə araşdırılmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözlər Fransa xarici işlər naziri Loran Fabiusun yaydığı bəyanatda yer alıb. O hesab edir ki, bu, müəyyən şərtlərə əməl olunacağı təqdirdə mümkündür.

“Bəşər Əsəd kimyəvi silahı operativ şəkildə beynəlxalq nəzarət altına verməli və onun məhv edilməsinə imkan yaratmalıdır. Bu əməliyyat BMT Təhlükəsizlik Şurasının razılığı və təyin etdiyi vaxtda keçirilməlidir, habelə avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi hücumun günahkarları beynəlxalq məhkəmə qarşısına çıxmalıdır”, - deyə Fransa XİN rəhbərinin bəyanatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR