Ekspertlər Suriyada hansı kimyəvi maddənin istifadə olunduğunu müəyyən edə bilməyib

Ekspertlər Suriyada hansı kimyəvi maddənin istifadə olunduğunu müəyyən edə bilməyib
# 30 avqust 2013 02:41 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Parisdə ötən gün keçirilmiş mətbuat konfransında BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi deyib.

“Bizim ekspertlər hazırda Dəməşqdə işləyirlər. Onlar xeyli məlumat toplayıblar. Ehtimal olunan kimyəvi silahın tətbiqi zamanı hansı kimyəvi maddənin istifadə olunduğu hələlik müəyyən edilməyib. Biz analizlərin nəticələrini gözləyirik”, deyə Brahimi bildirib.

Lahdar Brahimi son günlər Suriyaya hərbi müdaxilə ilə bağlı yayılmış xəbəri şərh etməkdən boyun qaçırıb. “Məndə bu barədə heç bir məlumat yoxdur”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR