Azərbaycan ərazisində yağmursuz hava davam edəcək, bəzi yerlərdə duman olacaq - VİDEO

Azərbaycan ərazisində yağmursuz hava davam edəcək, bəzi yerlərdə duman olacaq - <span style="color: red;">VİDEO
# 20 dekabr 2013 09:08 (UTC +04:00)

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-3, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR