NATO Parlament Assambleyasının sessiyasında Rusiyanın Ukrayna ilə bağlı siyasəti pisləniləcək

NATO Parlament Assambleyasının sessiyasında Rusiyanın Ukrayna ilə bağlı siyasəti pisləniləcək
# 30 may 2014 12:16 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. NATO Parlament Assambleyasının (PA) Vilnüsdə keçiriləcək yaz sessiyasında Rusiyanın Ukrayna ilə bağlı addımları pisləniləcək.

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, 30 may-1 iyun tarixlərində keçiriləcək sessiyada Rusiyanın Ukraynadakı sabitliyin pozulmasına yönəlik addımlarının pislənilməsi və Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq edilməsi müzakirə olunacaq.

NATO PA-nın sessiyasında qəbul olunacaq bəyannamədə Ukraynanın ərazi bütövlüyünə dəstək yer alacaq.


Debatlarda baş katib Anders Foq Rasmussenin iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR