Pekində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq

Pekində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq
# 22 yanvar 2014 12:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Yanvarın 24-də Pekində Çin Opera və Balet Teatrının simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, orkestrə xalq artisti, dirijor Yalçın Adıgözəlov rəhbərlik edəcək: “Yalçın Adıgözəlov və vokalçı, əməkdar artist Nərgiz Kərimova Pekinə dəvət ediliblər.

Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin əsərlərindən parçalar, Nərgiz Kərimovanın ifasında operalardan parçalar ifa olunacaq”.

Tədbir Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR