“Bank VTB (Azərbaycan)” yerli ödəniş sisteminə qoşulub

“Bank VTB (Azərbaycan)” yerli ödəniş sisteminə qoşulub
# 13 iyun 2014 09:42 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank VTB (Azərbaycan)” iyunun 17-dən başlayaraq MilliÖN (PayPoint) terminalları (köşkləri) vasitəsilə kredit ödənişləri həyata keçirilməsi xidmətini istifadəyə verəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştəri artıq MilliÖN terminalları vasitəsilə kredit ödənişləri edə bilərlər və bu halda kredit ödənişləri üzrə komissiya tutulmayacaq.

Bankın şəbəkənin inkişafı idarəsinin rəisi Toğrul Əliyev bunu şərh edərkən deyib: “Bizim xidmətlərdən istifadə zamanı əhalinin rahatlığını artırmaq məqsədilə “Bank VTB (Azərbaycan)” pərakəndə şəbəkəni genişləndirir. MilliÖN terminalları vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi bizim müştərilərə xidmət şəbəkəmizi xeyli genişləndirmişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR