ABŞ Ukraynaya islahatların aparılması üçün əlavə 48 min dollar ayıracaq

ABŞ Ukraynaya islahatların aparılması üçün əlavə 48 min dollar ayıracaq
# 07 iyun 2014 23:26 (UTC +04:00)

Bakı-APA. ABŞ vitse-prezidenti Cozef Bayden bildirib ki, ABŞ Ukraynaya 48 min dollar həcmində əlavə maliyyə yardımı göstərəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata əsasən, vəsait Ukrayna hökumətinə yardım kimi əsas islahatların aparılması, hüquq-mühafizə orqanlarının gücləndirilməsi və milli birliyin möhkəmləndirilməsi üçün ayrılacaq.

Qeyd edək ki, Bayden Ukrayna prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimində ABŞ nümayəndə heyətinin rəhbəri qismində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR