Cəmil Çiçək Türkmənistan və Özbəkistanı təcili TürkPA-ya üzv olmağa çağırıb

Cəmil Çiçək Türkmənistan və Özbəkistanı təcili TürkPA-ya üzv olmağa çağırıb
# 13 iyun 2014 08:44 (UTC +04:00)

APA-nın məlumatına görə, C. Çiçək bunu TürkPA-nın Bakıda keçirilən 5-ci plenar iclasında bildirib.

O qeyd edib ki, TürkPA türkdilli ölkələrin beynəlxalq arenada sözünü deyən yeganə ortaq təşkilatıdır: “Digər türkdilli qardaş ölkələri də aramızda görmək bizim arzumuzdur və bu bizi məqsədlərimizə daha tez çatdırar”.

C. Çiçək eyni zamanda TürkPA-da Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyə qəbul olunması ilə bağlı yarana fikir ayrılığından təəssüfləndiyini bildirib: “Şimali Kipr Türk Cümhuriyyətinin də qardaş ölkə olaraq aramızda görmək arzusundayıq. Amma TürkPA-da bununla bağlı fikri ayrılığının olması, buna qarşı çıxılması bizi üzür”.

Qeyd edək ki, TürkPA-da Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR