Misirdə “Müsəlman qardaşlar”ın rəsmi nümayəndəsi həbs olunub

Misirdə “Müsəlman qardaşlar”ın rəsmi nümayəndəsi həbs olunub
# 17 sentyabr 2013 17:52 (UTC +04:00)

Bakı-APA. Misir polisi “Müsəlman qardaşlar”ın ən fəal üzvü, hərəkatın rəsmi nümayəndəsi Cihad əl-Həddadı həbs edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Qahirənin şərqindəki mənzillərin birində gizlənən əl-Həddadla birlikdə Kəlübiyyə əyalətinin qubernatoru da daxil olmaqla hərəkatın digər 3 yüksək vəzifəli nümayəndəsi saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Misirdə “Müsəlman qardaşlar”ın dini lideri Məhəmməd Badia, onun 2 müavini və hərəkatın onlarla yüksək vəzifəli nümayəndəsi həbs olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR