Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü martın 14-də keçiriləcək

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü martın 14-də keçiriləcək
# 10 mart 2014 13:17 (UTC +04:00)

APA-nın ISNA-ya istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlu martın 14-də Türkiyənin Van şəhərində görüşəcəklər. Görüşdə üç ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, regional əlaqələrin yaxşılaşdırılması, həmçinin, Urmiya və Naxçıvan şəhərlərində qəbul edilmiş qərarlar əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi, Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR