Gəncədə qaraj, Bakıda mebel sexi yanıb

Gəncədə qaraj, Bakıda mebel sexi yanıb
# 20 dekabr 2013 03:39 (UTC +04:00)

Bakı-APA. Gəncə və Bakıda bu gecə iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, birinci yanğın hadisəsi Gəncənin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan qarajda baş verib. Nəticədə qarajın içərisində əşyalar yanıb. Yanğın zamanı qaraja bitişik olan toyuq hinində 22 ədəd ev quşu (toyuq) yanğınsöndürənlər tərəfindən xilas olunub. Bitişik toyuq hini yanğından mühafizə olunub. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan mebel sexində baş verib. Nəticədə sexin yanar konstruksiyaları 350 kv.m sahədə yanıb. Bitişik sexlər və anbar yanğından mühafizə olunub. Yanğın saat 02:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR