Milli Məclisin Mədəniyyət komitəsi üzərində işlənəcək qanun layihələrinin adlarını açıqlayıb

Milli Məclisin Mədəniyyət komitəsi üzərində işlənəcək qanun layihələrinin adlarını açıqlayıb
# 07 fevral 2014 10:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında yaz sessiyasında üzərində işlənəcək qanun layihələrinin adları açıqlanıb.

APA-nın məlumatına görə, komitə sədri Nizami Cəfərov bildirib ki, komitənin yaz sessiyası üçün iş planında xeyli məsələlərin müzakirəsi gözlənilir.

O qeyd edib ki, “Kulinariya mədəniyyəti haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında” yeni qanun layihələri və digər təklif olunan məsələlərlə bağlı iş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR