Barak Obama: “Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində mühüm rol oynayır” - VİDEO

Barak Obama: “Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində mühüm rol oynayır” - <span style="color: red;">VİDEO
# 03 iyun 2014 11:49 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, təbrik məktubunda Azərbaycanın dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində mühüm rol oynadığını vurğulayan B. Obama Azərbaycanın yaxın 2 ildə bu sahədə Avropanın böyük təchizatçısı olacağını qeyd edib. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb etdiyini bildirən ABŞ prezidenti qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və kömək etməyə hazırdır.

ABŞ prezidenti vurğulayıb ki, enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın diversfikasiyasına yardım edəcək, qanunun aliliyini möhkəmləndirməyə icazə verəcək, eləcə də ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq.

O, ABŞ-ın bu sahələrdə Azərbaycanla əməkdaşlığı qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, məktubu Bakıda keçirilən XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR