Səhiyyə Nazirliyində səhiyyə obyektlərinin tikintisi ilə bağlı yoxlama aparılacaq

Səhiyyə Nazirliyində səhiyyə obyektlərinin tikintisi ilə bağlı yoxlama aparılacaq
# 06 iyun 2014 15:19 (UTC +04:00)

Hesablama Palatası Bakı Şəhər Yollarının İstismarı İdarəsinə ayrılan vəsaitlərdən necə istifadə edildiyini araşdıracaq

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın verdiyi məlumata görə, Kollegiya iclasında dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat Xidmətinə, Göyçay rayon İcra Hakimiyyətinə, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Zərdab Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.


Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb. Eyni zamanda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə səhiyyə obyektlərinin tikintisinə və əsaslı təmirinə, dövlət büdcəsindən Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, həmçinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər Yollarının İstismarı İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR