Bərdədə yaşayış evində yanğın olub, xəsarət alan var

Bərdədə yaşayış evində yanğın olub, xəsarət alan var
# 08 fevral 2014 04:06 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayon mərkəzindən 7 km aralı yerləşən Qaradəmirçi kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 77 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər qadın əl və ayaq nahiyəsindən aldığı yüngül yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR