Ombudsman Aparatının əməkdaşları 10 saylı cəzaçəkmə müəssisəsində Əvəz Zeynallı ilə görüşüblər

Ombudsman Aparatının əməkdaşları 10 saylı cəzaçəkmə müəssisəsində  Əvəz Zeynallı ilə görüşüblər
# 03 oktyabr 2013 12:12 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində olub, bir neçə məhkumla, o cümlədən Əvəz Zeynallı ilə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri məhkumların saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, hüquqlarını və Ombudsmanın səlahiyyətlərini izah edib, müraciətlər diqqətlə dinlənilib.

Qəbul edilmiş məhkumlarla fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı şikayət etməyiblər.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR