Kürdəmirdə ev yanıb

Kürdəmirdə ev yanıb
# 30 avqust 2013 19:05 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda ev yanıb. APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 17:30 radələrində Kürdəmirin Sığırlı kəndində baş verib. Kənd sakini, 1938-ci il təvəllüdlü Fətəliyev Rəşid Ağaməmməd oğluna məxsus ümumi sahəsi 160 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə zamanı evin 130 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR