Məktəblərdə şagirdlər üçün konkret menyular tətbiq olunacaq - APA TV - FOTOSESSİYA

Məktəblərdə şagirdlər üçün konkret menyular tətbiq olunacaq - <span style="color: red;">APA TV  - <span style="color: red;">FOTOSESSİYA
# 27 avqust 2013 08:44 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev çıxış edərək bildirib ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında təhlükəsizlik təmin olunmalıdır. Qeyd olunub ki, elə bu standartın tətbiqində də əsas məqsəd uşaqların sağlamlığını qorumaqdır.

“Azyaşlıların qidalanmasının optimallaşdırılmasında dövlət nəzarətinin rolu” mövzusunda çıxış edən xidmətin şöbə müdiri Mənsim Babayev isə bildirib ki, sentyabrın 2-dən etibarən onlar məktəblərdə monitorinqlər aparacaqlar. Bundan sonra konkret menyular tətbiq olunacaq və onun tətbiqinə nəzarət ediləcək. Məktəblərdə şagirdlərə təklif olunan qidalardan nümunələr götürülüb yoxlanılacaq.

Konfransda Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Milli Kulinariya Mərkəzinin nümayəndələri, məktəb direktorları da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR