Tehranda bütün maye qaz yanacaqdoldurma məntəqələri bağlanıb

Tehranda bütün maye qaz yanacaqdoldurma məntəqələri bağlanıb
# 06 fevral 2014 11:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərində bütün maye qaz yanacaqdoldurma məntəqələri (CNG) bağlanıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb İranda qarlı və soyuq keçən hava şəraitində evlərin təbii qazla təmin edilməsidir. Ona görə də 250 maye qaz yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb, onların soyuq hava şəraitindən dolayı elektronik avadanlıqlarının sıradan çıxması ilə bağlı yayılan məlumatla isə inkar edilib. Xəbərdə həmçinin bu günlərdə ölkədə benzinin istehlakının artdığı bildirilir.

Qeyd edək ki, İranda bir neçə gündür yağan qar və şaxtalar ölkənin əksər vilayətlərində həyatı iflic edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR