Suriyada iranlı jurnalist öldürülüb - FOTO

Suriyada iranlı jurnalist öldürülüb - <span style="color: red;">FOTO
# 21 avqust 2013 08:59 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranlı jurnalist Suriyada həlak olub.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Hadi Bağbani Suriya böhranına həsr olunmuş sənədli film çəkmək üçün Dəməşq şəhərinə səfər edibmiş.

O, avqustun 19-da Dəməşqdə Suriya ordusu ilə “ən-Nüsra” cəbhəsi arasında baş verən silahlı qarşıdurma zamanı öldürülüb. Artıq H.Bağbaninin cənazəsi İrana gətirilib.

Bu gün Tehranda keçiriləcək xüsusi cənazə mərasimindən sonra dəfn edilməsi üçün doğulduğu Babolsər şəhərinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR