Bakıda “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 95” adlı sərgi keçiriləcək

Bakıda “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 95” adlı sərgi keçiriləcək
# 28 avqust 2013 08:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Milli Azərbaycan Tarixi Muzeyində Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş sərgi keçiriləcək. APA-nın məlumatına görə, “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 95” adlı sərgi bir ay davam edəcək. Sərginin açılışı sentyabrın 15-də olacaq.

Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, muzeydə Qafqaz İslam Ordusunun ağır, xilaskar yürüşünü əks etdirən eksponatlar mövcuddur. Bu eksponatlar istər siyasi hadisələrin gedişatı, istərsə də hərbi əməliyyatları əyani surətdə nümayiş etdirməyə imkan verir. 100-ə yaxın eksponat, 20-yə yaxın məlumat stendləri, müxtəlif fotoşəkillər, manekenlər, maketlər, rəsm əsərləri tamaşaçıya o dövrün hadisələri haqqında tam təsəvvür yaratmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR