Dow Jones indeksi 0,9%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,1% enib
# 12 sentyabr 2013 06:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 15 327 bəndədək, S&P 500 0,3% - 1 689 bəndədək yüksəlib, Nasdaq 0,1% - 3 725 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əsasən siyasi amillər, o cümlədən Suriya ilə bağlı məsələlər təsir edib. Eyni zamanda, «iPhone» smartfonlarının iki yeni modelinin təqdimatından sonra «Apple» şirkətinin səhmləri ucuzlaşıb ki, bu da Nasdaq indeksinin azalmasına səbəb olub. Qeyd edək ki, yeni telefonların qiymətləri çox yüksək hesab olunub.

Avropa fond bazarlarında sentyabrın 11-də FTSE 100 indeksi 0,1% - 6 588 bəndədək, Almaniya DAX-ı 0,6% - 8 496 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 119 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 359,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3315 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR