Dubayda Dünya İslam İqtisadi Forumu keçiriləcək

Dubayda Dünya İslam İqtisadi Forumu keçiriləcək
# 27 sentyabr 2013 10:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu il noyabrın 25-26-da Dubayda Dünya İslam İqtisadi Forumu (Global Islamic Economy Summit 2013) keçiriləcək.

APA-Economics”in xəbər verdiyi kimi, bu, İslam maliyyə sektorları və halal sənayeləri (o cümlədən qida və turizm) üçün ilk genişmiqyaslı forum olacaq.

Forumda hökumətlər nümayəndələri, o cümlədən İqtisadi İnkişaf nazirlikləri və Mərkəzi bankların, sənaye, bank, maliyyə və digər sahibkarlıq sektorların nümayəndələrinin iştirakı gözlənilir.

Forumda İslam bankçılığı və ümumiyyətlə, İslam maliyyəçiliyi, onun dünyada inkişafı və problemləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR