“Nar Mobile” yeni abunəçilər üçün hədiyyə kampaniyasına başlayıb

“Nar Mobile” yeni abunəçilər üçün hədiyyə kampaniyasına başlayıb
# 11 oktyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkətinin («Nar Mobile» ticarət nişanı) daha zəngin, çeşidli və əlverişli qiymətlərlə təklif etdiyi İnternet-paketlər, keçən illə müqayisədə İnternet-paket istifadəçilərinin sayını 5 dəfə artırıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Nar Mobile” 2012-ci il ilə müqayisədə İnternet istifadəçilərinin 116%-dən çox artdığını və hər istifadəçi üzrə İnternet trafikinin də 18%-dən çox olduğunu bəyan edib.

Bütün bu tendensiyaları nəzərə alaraq “Nar Mobile” yeni abunəçilər üçün bir aylıq 100 MB hədiyyə paketi təklif edir. Mobil operator sürətli İnternetlə mobil İnternetdən istifadənin daha rahat olacağına əmindir.

Daha ətraflı məlumatı http://www.narmobile.az/az/private/WelcometoNarMobile/ internet səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR