Lənkəranda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb - FOTO

Lənkəranda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb - <span style="color: red;">FOTO
# 09 iyun 2014 07:32 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda 2 nəfərin ağır yaralanması ilə nəticələn yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 8-də saat 18.40 radələrində Ələt-Astara magistralının 196-cı kilometrliyində, rayonun Göyşaban kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon sakini Elməddin Rəfail oğlu Zeynalovun idarə etdiyi “İveco” markalı, tranzit nömrə nişanlı yük maşını hərəkətdə olarkən yolun kənarında dayanmış Biləsuvar şəhər sakini, 32 yaşlı Yusif Qafar oğlu Nağıyevə məxsus “Mercedes” markalı, 99 FZ 589 dövlət nömrə nişanlı minik avtomobilini yan tərəfdən vurub. Qəza nəticəsində “Mercedes”in sürücüsünün həyat yoldaşı, 32 yaşlı Elmira Yusif qızı Ağayeva və 9 yaşlı oğlu Zəfər Nağızadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb “İveco”nun yüksək sürətlə hərəkət etməsi olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın təfərrüatları texniki ekspertizanın rəyindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR