Azərbaycanda daha bir təşkilatın broker və diler lisenziyaları bərpa edilib

Azərbaycanda daha bir təşkilatın broker və diler lisenziyaları bərpa edilib
# 23 sentyabr 2013 14:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Xalq Kapital” MMC-nin müraciətinə əsasən broker və diler lisenziyalarının fəaliyyəti bərpa edilib.

Bu barədə “APA-Economics”ə Komitədən məlumat verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 aktivlərin idarə olunması, 1 fond birjası və 2 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR