Luqansk teleradio binası separatçılardan dinc yolla azad edilib

Luqansk teleradio binası separatçılardan dinc yolla azad edilib
# 02 may 2014 12:03 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Luqansk şəhərindəki teleradio binası silahlı separatçılardan dinc yolla azad edilib. APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi açıqlama yayıb.

DİN-in açıqlamasında bildirilir ki, daha öncə Luqansk Vilayət Teleradio Şirkətinin binasına soxularaq Rusiya telekanallarının yayımının bərpasını tələb edən, “Kalaşnikov” avtomatı ilə silahlanmış 4 nəfər artıq binanı tərk edib. Onlar aparılan danışıqlardan sonra binadan çıxıblar.

Xatırladaq ki, daha əvvəl Luqansk vilayət Prokurorluğunun binası da dinc yolla separatçılardan azad edilmişdi. Hazırda bu şəhərdə separatçıların əlində iki bina qalır – Təhlükəsizlik Xidməti və vilayət dövlət administrasiyasının binaları.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR