Sabah axşamdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Sabah axşamdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək
# 12 may 2014 13:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 13-ü axşamdan etibarən Azərbaycanda hava şəraitinin bir qədər dəyişməsi, temperaturların aşağı düşməsi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, sabah günün birinci yarısında ölkə ərazisində cənub küləyin əsməsi gözlənilir.

Onun sözlərinə görə, sabah mülayim cənub küləyi əsəcək və havanın temperaturunda dəyişiklik olmayacaq: “Amma mayın 13-dən 14-nə keçən gecə külək istiqamətini dəyişərək şimal-qərb küləyi ilə əvəz olunacaq. Mayın 14-də və 15-də arabir güclənən şimal küləyi əsəcək. Ona görə də havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək. Belə ki, mayın 14 və 15-də havanın temperaturunun 3-5 dərəcə aşağı enməsi gözlənilir ki, bunun nəticəsində də havanın temperaturu iqlim normasına yaxınlaşacaq”.

Qeyd edək ki, son 2-3 gün ərzində ölkə ərazisində müşahidə olunan havanın hərarəti iqlim normasından yüksəkdir. Belə ki, son 2-3 gün ərzində ölkədə havanın temperaturu iqlim normasından 5-7 dərəcə yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR