Azərbaycan Dövlət Sərhəd Xidmətində kollegiya iclası keçirilib - YENİLƏNİB

Azərbaycan Dövlət Sərhəd Xidmətində kollegiya iclası keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 20 dekabr 2013 13:29 (UTC +04:00)

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirdə DSX-də 2013-cü ildə görülən işlər müzakirə olunub.

Tədbirdə qeyd olunub ki, 2013-cü il Azərbaycan Sərhəd mühafizəsi üçün dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işləri, qarşıya qoyulmuş xüsusi tapşırıqların icrası və döyüş hazırlığının daha da yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olub.

Cari ildə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Lənkəran sərhəd dəstəsində binaların və buraxılış məntəqəsinin açılış mərasimində iştirak edib. DSX-nin hərbi qulluqçuları 5 orden, 37 medalla təltif edilib, 3 zabit ali hərbi rütbəli vəzifəyə təyin edilib, 1 zabitə isə general-mayor hərbi rütbəsi verilib.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində 267 binadan ibarət 21 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 1186 mənzilin inşası həyata keçirilib.

Müşavirədə qeyd olunub ki, Xəzər dənizinin «Bulla-dəniz» yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində DSX əməkdaşlarının sərrast atəşləri nəticəsində quyunun ağzı yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənib. Nəticə etibarı ilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısı alınıb. Silahlı Qüvvələrin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar parada DSX-nin hərbi qulluqçuları tərəfindən yeni alınmış hərbi texnikalar nümayiş etdirilib. Sərhəd aviasiyası tərəfindən ilk dəfə olaraq hərbi parada altılıq tərkibində nümayiş uçuşları yerinə yetirilib. Bundan başqa avqust ayında DSX təlim mərkəzində geniş miqyaslı taktiki təlim keçirilib. Sərhəd aviasiyası tərəfindən dövlət sərhədinin dəniz və quru sahələrində ilk dəfə olaraq patrul nəzarəti uçuşları reallaşdırılıb. Sərhəd gözətçi gəmiləri tərəfindən Xəzər dənizinin vacib istiqamətlərində fasiləsiz xidmət təşkil olunmaqla, sərhəd sularında Azərbaycanın mənafeləri təmin olunub. Azərbaycan Silahlı Qüvvələrində ilk dəfə olaraq DSX-nin hərbi hissələrində «Valideyn Günləri»nin keçirilməsinə başlanıb.

Hesabat müşavirəsinin sonunda prezidentin sərəncamı ilə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

***

saat 16.29

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) 2013-cü ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirdə DSX-də 2013-cü ildə görülən işlər müzakirə olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR