Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub
# 01 fevral 2014 10:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Naxçıvan şəhəri Nizami küçəsində şəhər sakini Yasin Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən həmyerlisi Zahid Dilanovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 31-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR