Pakistan hökuməti "Taliban" hərəkatını yaradan şəxsi azadlığa buraxır

Pakistan hökuməti "Taliban" hərəkatını yaradan şəxsi azadlığa buraxır
# 21 sentyabr 2013 01:57 (UTC +04:00)

Bakı-APA. Pakistan hakimiyyət orqanları əfqan taliblərinin liderlərindən biri olan molla Əbdül Qani Bəradərin həbsxanadan buraxılacağı barədə məlumat yayıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Bəradər sentyabrın 21-də azadlığa çıxacaq.

Pakistanın xarici siyasət idarəsi nümayəndəsinin sözlərinə görə, bu addım Əfqanıstanda barış prosesinə təkan verməlidir.

Qeyd edək ki, molla Bəradər 1994-cü ildə Əfqanıstanda “Taliban” hərəkatını yaradan 4 nəfərdən biridir. O 2010-cu ildə Kəraçidə həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR