Dəməşq ətrafı minaatanlardan atəşə tutulub: azı 20 nəfər ölüb

Dəməşq ətrafı minaatanlardan atəşə tutulub: azı 20 nəfər ölüb
# 10 oktyabr 2013 22:24 (UTC +04:00)

Bakı-APA. Suriyanın paytaxtı Dəməşq şəhərinin xristianlar və druzların yaşadığı Caramana rayonunun minaatanlardan atəşə tutulması nəticəsində azı 20 nəfər ölüb, 23 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Yerli KİV-lərin məlumatına görə, mərmilərdən biri ticarət mərkəzinin yaxınlığında, daha bir mərmi isə şəhər xəstəxanasının yaxınlığında partlayıb.

Partlayışlar baş verən ərazidə yaxınlıqdakı binalara və avtomobillərə ciddi ziyan dəyib.

İnsidentin təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR