Barak Obama Suriyadakı vəziyyətlə bağlı xalqa müraciət edəcək

Barak Obama Suriyadakı vəziyyətlə bağlı xalqa müraciət edəcək
# 10 sentyabr 2013 00:26 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Suriyadakı vəziyyətlə bağlı xalqa müraciət edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin yaydığı xəbərdə bildirilir.

Qeyd edək ki, Obama Konqresin hərbi əməliyyatın başlanılmasına razılığını almağa çalışır. Lakin Ağ ev Konqresdə səs çoxluğuna malik deyil. Digər tərəfdən sosioloji sorğular ictimai rəyin yeni müharibəyə qarşı olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR