Paytaxtın Bayıl dairəsində yeni bağlantılar və piyada keçidi tikilir - FOTO

Paytaxtın Bayıl dairəsində yeni bağlantılar və piyada keçidi tikilir - <span style="color: red;">FOTO
# 07 aprel 2014 12:06 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə həmin ərazidə 5 bağlantının olması nəzərdə tutulub.

Onların uzunluğu 5 711 m təşkil edəcək. “Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq. Yeni yaradılacaq bağlantıların üçü vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq”, - deyə P. Mürsəliyev qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, həmin ərazidə eyni zamanda bir neçə gündür yeni yeraltı piyada keçidinin tikintisi aparılır. Keçidin uzunluğu 100 metr, eni 8 metrdir, hündürlüyü isə 4 metr təşkil edəcək.

Qeyd edək ki, hazırda suvay vurma, eyni zamanda ərazidə kommunikasiya xətlərinin köçürülməsi işləri gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR