Yardımlıda süd, bal istehsalı və cır meşə meyvələrinin emalı müəssisələrinin yaradılması planlaşdırılır

Yardımlıda süd, bal istehsalı və cır meşə meyvələrinin emalı müəssisələrinin yaradılması planlaşdırılır
# 30 yanvar 2014 07:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yardımlı rayonunun Avaş kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Yardımlı rayonu üzrə sahibkarlıq subyektlərindən 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının yaradılması, arıçılıq təsərrüfatları, o cümlədən, sənaye üsulu ilə bal istehsalı müəssisəsinin yaradılması, cır meşə meyvələrinin emalı müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR