İran səfiri: “Həsən Ruhani Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfərdə olub”

İran səfiri: “Həsən Ruhani Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfərdə olub”
# 27 noyabr 2013 09:53 (UTC +04:00)

Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfərdə olub. Rəsmi Tehran Azərbaycanla dostluğunun davamlı olacağını düşünür”.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında H.Ruhaninin qonşu ölkələrlə, xüsusilə Azərbaycanla bağlı siyasətinin necə olacağı haqda sualı cavablandırarkən bildirib.

Səfir vurğulayıb ki, H.Ruhaninin xarici siyasətinin əsas prinsipi qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yaxşılaşdırılmasıdır: “Qonşular arasında bizim ən çox oxşarlıqlarımız Azərbaycanladır. Ölkələrimiz arasında dostluğumuz daimidir. Zənnimcə, Həsən Ruhaninin prezidentliyi dövründə də iki ölkənin əlaqələri daha da inkişaf edəcək”.

H.Ruhaninin Azərbaycana səfərinin mümkünlüyü ilə bağlı danışan Möhsün Pak Ayin deyib ki, İran prezidenti bütün dost ölkələrə səfər edəcək, lakin Azərbaycana səfərin dəqiq tarixi hələlik bilinmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR