Bakıda fərdi evdə yanğın olub

Bakıda fərdi evdə yanğın olub
# 12 iyun 2014 04:23 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan iki mərtəbəli 8 otaqlı yaşayış evinin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 28 kv.m sahədə, 2-ci mərtəbəsində 5 otağın və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR