Kəlbəcər rayon sakinini silahla hədələyən şəxs saxlanılıb

Kəlbəcər rayon sakinini silahla hədələyən şəxs saxlanılıb
# 27 may 2014 10:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Kəlbəcər rayon sakinini silahla hədələyən şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 26-da Kəlbəcər rayon sakini Rəşid Abbasov Xocalı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Buzluq kəndinin ərazisində Kəpənəkçi kənd sakini Azad Səfərov tərəfindən ov tüfəngi ilə hədələndiyini bildirib.

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Səfərov saxlanılıb və ondan ov tüfəngi götürülüb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR