Azərbaycan prezidenti keniyalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti keniyalı həmkarına başsağlığı verib
# 25 sentyabr 2013 15:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Keniya prezidenti Uhuru Keniattaya başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, başsağlığında deyilir: “Nayrobi şəhərindəki ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni qətiyyətlə dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR