Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlayır

Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlayır
# 04 iyun 2014 16:09 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyunun 5-dən Nizami Kino Mərkəzində iki yeni filmin - “Gələcəyin sərhədində” və “Panzehir” filmlərinin nümayişinə başlanılacaq.

Nizami Kino Mərkəzindən APA-ya verilən məlumata görə, rejissor Daq Laymanın döyüş, fantastika janrında çəkdiyi “Gələcəyin sərhədində” filmi mimikalılar adlanan yadplanetlilərin Yer kürəsinə hücumundan bəhs edir.

Filmdə baş qəhrəman obrazını məşhur Hollivud aktyoru Tom Kruz canlandırıb. Rollarda Emili Blant, Lara Pulver, Ceremi Piven, Bill Pekston, Madlen Mantok, Şarlotta Rayli çəkiliblər.

Türkiyə istehsalı olan “Panzehir” filmini gənc rejissor Alper Çağlar çəkib. Məcara-ekşn və döyüş janrında olam film, uzun illər qaranlıq işlərlə məşğul olmuş və xəyanətə məruz qalmış mənəvi atasının işini açmağa qərar verən sərrast atıcıdan bəhs edir.

Rollara Türkiyə kinosunun tanınmış siması Cüneyt Arkın, Emin Boztepe, Tolqa Akdoğan, əcnəbi aktyorlardan Edoardo Costa, Christina Gottschalk, Florence Eugene və başqaları çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR