Rauf Mirqədirovun atası dəfn edilib - FOTOSESSİYA

Rauf Mirqədirovun atası dəfn edilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 may 2014 14:05 (UTC +04:00)

Bakı - APA. Casusluqda ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov atası Həbibulla Mirqədirov dəfn edilib.

APA-nın verdiyi məlumata görə, H. Mirqədirov “Qurd Qapısı” qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində R. Mirqədirov da iştirak edib.

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. İş üzrə dünən R. Mirqədirovun atasının evində axtarış aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR